Tanrının yaddaşından-Dünyanın o başındanAna bətni tunelinQaynar qaranlığındanGəlib qürbətə düşmək.Səni geyən bədənləAynadan sənə baxan sənli və sənsiz sənləKölgən ilə görüşmək!Qəlbdə-Ömür adlı qəlibdəHavasına, suyuna,Hələ alışmadığın bir dünyada yaşamaq,-Və... sonra ömrün boyu nişanın itər deyəKöbəyində ananınVə gəldiyin dünyanın möhürünü daşımaq,-Sınaq!

Olum-ölüm-bir düşünBir ömür yol uzanırTire aralığındaBu iki zidd görüşün.Keçdiyin yollar boyu hərdən izin yoxdusaDüşmən baxışlarıyla boylanma ayağına.Xoş günündə özün gəldin, dar günündəAllah aldı qucağına...Bələdçin,yol yoldaşınTanrıdan və anandan qalan elborcu sevgi.Ürəyinin içindədi, ürəyindən yaxındı,Uzaq,uzaq ulduzlardanbiri kimi uzaqdıSev ki,Sevmək-yenidən doğulmaqdı...Çətini gözlərinə baxmaq, əllərinə toxunmaqdı,Əllərinə toxundun,gözlərinə baxdın,İçindəki şeytanı azadlığa buraxdın!Gözlərinə baxmaq, əllərinə toxunmaq,-Sınaq!Və ömür...Sınaqdı,-İki daşın arasında qoymaq keçmişiniİlan kimi qabığını soyunmaqÖncə dəyişmək,

sonra çəkdirə bilməkağrıyan dişini,Sınaq!

Gözünlə günəşi içinə təpməkHavayı havaylaYer şarına döndərmək ciyərlərini,Ölümü bilə-biləbilməmək ölümün vaxtını və yeriniölmək,yaddaşını silmək,və hər şeyi unutmaq...Getdiyin həyat yolu deyil, ölüm yoluduAxtarıb tapacağın-ölümdü.Bu dünya itkilərdi, ha küsək, hayıfsınaq.Yaşamaq sınaqdı,ölüm ondan dasınaq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets