Qalıb həsrətinmi əli yaxandaİnsanlar içində de niyə təksən?!Taleyin göz açıb sənə baxandaMəni ürəyində görməyəcəksən.

Sıxacaq bu geniş dərə, dağ səni,Dinənmi günahkar, yoxsa susanmı?Hələ bir fikir də tutacaq səniGörən udmusanmı, uduzmusanmı?

Dilin çalışsa da qəmdən daşına,Ürəyin düşəcək sevincdən qaçaq.Bir şair xəyalı sənin başınaDaha dönməyəcək, dolanmayacaq.

Burada nə məhəbbət, burada nə nifrət,Gedən gedərgidir, qalan qalacaq.Bəlkə məndən sənə bir quru həsrət,Bəlkə səndən mənə yalan qalacaq....

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation