Bilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksənKədər məni, qüssə məni çaşdırardımı,Göz yaşlarım nil çayını daşdırardımıGecəyarı, qahirənin küçələrində?!

Bilsəydim ki, ümidimiz üzülməyəcək,Sənli... mənli... bu hicrana dözülməyəcək,Vidalaşıb intizarlı günüm, ayımlaSəhraları oyadardım hay-harayımla,Gecəyarı qahirənin küçələrində.

Bilsəydim ki, saçlarıma qonan həsrətiYenə sənin öz əllərin arıdacaqdır...Bilsəydim ki, ürəyimdə donan möhnətiYenə sənin öz əllərin əridəcəkdir.Qəm ləşkəri heç üstümə yeriyərdimi,Səmum yeli məni büküb bürüyərdimiGecəyarı qahirənin küçələrində.

Bilsəydim ki, sən mənimsən, yenə mənimsən,Bülbülləri geri dönmüş çöl-çəmənimsən.

Ehramları qaldırardım yeddinci qata,Fir’onlar da mat qalardı həmin büsataGecəyarı qahirənin küçələrində.

Bilsəydim ki, sənsizliyin ömrü gödəkmiş,Ayrılığın bir ötəri acı küləkmişSon baharı calamazdım mən ilk bahara,Hicranımı tapşırardım qürbət diyaraGecəyarı qahirənin küçələrində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation