Mingəçevir dəryaçasında bizi gəzdirən gəminin yedəyində bir qayıq gəlirdi.

Suları sənmi yarırsanYoxsa, gəmi yarır qayıq?!.Sən üzür, sənmi varırsan,Başına qalxıb tə’nəniGəmi dartır yoxsa səni,Gəmi üzür varır, qayıq?!

Keyfimiz ala ulduzda,Damağımız çağdı yaman.Bu kef-damaq, sən qayığınSinəsində dağdı yaman.

Kaş dünyaya gəlməyəydinAy yedəkdə gələn qayıq.Nə adam kimi yaşayan,Nə adam tək ölən qayıq.

Bir talesən küskün, acıQayıq şəklindəsən fəqət.Asudə yelkən möhtacı,Yedəksiz bir ömrə həsrət.

Sular gömgöy,Səma mavi.Ağzı köpüklü-köpüklüBaşı havalı-havalı.Ədalarla üzür gəmi.Boynu yedək kəndirindəÜzür qayıq.İçi bomboş,Gözü qan-yaşDili sözlü,Bağrı gözlü

Qismətinə dözür qayıq.

Gözüm yedək kəndirindəO dartılıbTarım-tarım.Yetim segah pərdəsindəDilə gəlirKönül tarım...

Gəlir qayıqGözüm onda,Fikrim sayıq.Bir kəndirlik arası var.Nə irəliNə də geri.Üzülmək də.Qırılmaq daBilmir yedək kəndirləri.

Üzür yedək qayıqlarıQucağında ümmanların.Allah çatsın imdadına

Yedəkdəki insanların.

18 aprel, 1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets