Gedən yerim olaydı
Yuxum ərşə çəkiləydi.Dan yeri -Qızarmış gözlərimdəSöküləydi
Təki.SəhərBaşımda sövdalı fikirlərHarasa gedən yerim olaydı.Çətin bir ünvan axtaraydım,Gəlişimə inanmayan,Gəlişimi gözləməyənİnsan axtaraydım,Raketdən sür’ətli nə var dünyada;Təki...Gedən yerim olaydı...Gedəydim, payi-piyada.Külək,Yağış,QarCanımı üzəydiBüdrəyib yıxılandaKötüklər,DaşlarDizimi əzəydi.Cəhənnəmə ki...Təki
Gedən yerim olaydı...Axşam düşəndəÇataydımSıldırımlı dağlara sığınmış bir kəndə
Döyəydim bir qapınıƏllərim əsə-əsə,İt zəncir gəmirəndə.Adam çıxaydı səsə.Bir cüt pərişan gözləGöz-gözə,Bir xoş mehriban üzləÜz-üzəDayanaydım.O, heyrət elədikcəMən alışıb yanaydım.Qucaqlayıb boynunu,Sığallayıb telini,Qupquru dodağımlaYandıraydım əlini.Uşaq kimi ağlayaydım!Bulaq kimi çağlayaydım!
Gedən yerim olaydı, gedən yerim,Kiminsə həsrətiylə açılaydı səhərim.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-geden-yerim-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Söylə, nə deməkdirBağlı qapılar?
Bu kökdə, bu pərdədə...Şairciklər yetişdiribFaciəsi Qarabağın;
Ehey!Hələbdə Nəsimiylə xəyalən görüş*Sənin dastanını qoyub yarıda,
Çalmasında qızıl ulduz gəldi Nizami1941-ci il oktyabrın 10-da Leninqradın elm və yazıçı ictimaiyyəti böyük Azərbaycan şairi Nizaminin 800 illiyini qeyd etmişdir. Nizaminin yubileyini keçirməyə Elmlər Akademiyasının, Ermitajın, universitetin, Yazıçılar ittifaqının, rus muzeyinin nümayəndələri toplaşmışdılar.*“Mühasirə günləri” xronikasından.*
Poems by other poets
Ay həzarat, tərif edin, nə xoşdu çağı Güllünün,Əmməyə də ləzzət verir zülal dodağı Güllünün,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.