Salam, Otello, salam!
Hal-əhval?
Ey tunc general!
Həm sadəlövh,
Həm cəsur,
Həm də
Qorxunc general!


Gəlmişik o yerə ki,
Orda sən qan elədin.
Bir mirvari tapmışdın

Onu nihan elədin.


Pələng hənirtin gəlir,
Gəlir qulağımıza
Dezdemona yalvarır
Düşür ayağımıza,
Söyləyir günahsızam
O qara əllərinlə
Söndürülür bəyaz şam.
General!
Sənə kar etmir ancaq
Bu yalvarış, bu məlal


Uydun fitnə-fəsada
Onu da...
Özünü də
Nahaqdan verdin bada.
Düşdün Yaqo toruna

Düşdün yağı toruna
Güc verin qol zoruna
Gözünə qan sağıldı
Eh... bu qədim nağıldı


Sən Kiprin sərkərdəsi
Səsin zor kişi səsi
Qara ərəb Otello!
Bugünkü yaqolara
Yağdır qəzəb, Otello!
Gəl ki, türkün kiprini
Qətiyyətinlə tanı
Belə qoyub getmişdin
Sən məyər bu adanı,
Sənin qoyub getdiyin
Ada hanı, bəs hanı?!


litvalılar səslənsin,

Şeypurlar çəksin zilə,
Şanlı hərb gəmiləri
Yan alsınlar sahilə
Dezdemonanı boğmaq
Bu saat hünər deyil
Kafərləri boğmayan
İgid deyil, ər deyil.


Qəhrəman türk oğlunun
Bu gün Otellolara
Əşhəddi ehtiyacı
Bu gün bir yumruqdadır
Müsəlmanın əlacı.
Bu gün bir vəhdətdədir
Müsəlmanın əlacı.
Bu gün bir qeyrətdədir.
Müsəlmanın əlacı.


Otello qalasının
Dərinliyində bu dəm.
Həm nərilti
Həm də ki
İnilti eşidirəm.
Dezdemona and içir
Yox... Otello inanmır
Qara əllər içində
Bəyaz şam sönür, yanmır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets