Gəzsə də saçımda bəxtin əlləri,Qalsam da əlində külün külfətin.Ensə də qüruba ömrün illəriKəsilməz sorağı ilk məhəbbbətin.

Qış olar, qınına çəkilər sular,Yaz olar, təzədən aşıb daşlarlar.Bizi qoşa görən qonum qonşularBizi ayrı görüb pıçıldaşarlar...

Kəsilməz söhbəti yarın, yoldaşınNeçə yol qış olar, yay olar hələ.Sevgi dənizinə atılan daşınDalğası ətrafa yayılar hələ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love