Haqqın arxasınca günəş izində,Günəylə, quzeyin Türk vadisindəUzun bir cümlədi vətən torpağı!Batıdan doğuya yolu upuzun,Ortada vergüldü Xəzər dəniziİtildi, Firaddı qol-budaqlarıÖnündə mübtəda Ege sularıSonunda nidadı Tanrı dağlarıOxunsa təpiyər dili sonsuzun.Bir kimsə oxuyub başa çıxamaz,-Uzun bir cümlədi Vətən torpağıUzundu,dünyanın ömründən uzun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love