Uğur gözləyirsən, səbir nəhs gəlir,Sən avand gedirsən, işin tərs gəlir.

Yol özü qıvrıla-qıvrıla gedir,Su özü burula-burula gedir.

Çevrədə nə qədər dərə var, dik var,Dünyanın özündə bir əyilik var.

Biz necə düz deyək bu yola, izə,Düz yolu düz ilan əyri gedirsə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets