Bütün yaralılar baş-başa versə,Yoxdu mənim kimi yaralanmışı.Allahın özü də ovuda bilməz,Yurdundan, elindən aralanmışı.

Qara günlərimin rəngi ağ olmaz,Belə düyün olmaz, belə dağ olmaz,Yazıyla, pozuyla yaşatmaq olmaz,Fələk dəftərindən qaralanmışı.

Xoşbəxtlik nə səndə, nə məndə qaldı,Nə candan sevinən bir bəndə qaldı.Bütöv Azərbaycan dünəndə qaldı,Bu gün mənə çatıb paralanmışı.

2004, 17 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland