Qonağıyam Kəlbəcərin,Qoyma könlüm sına, Tərtər.Adın-sanın qoy ömrümə,Olsun naxış, xına, Tərtər.

Varmı məndə duyan ürək,Şeirim açarmı gül-çiçək.Buyur, məni sınağa çək,Şair kimi sına, Tərtər.

Nəğmə oxu gündüz, gecə,Qarı, buzu alma vecə.İllər boyu ax beləcə,Qılıncı qoyma qına, Tərtər.

1978, 3 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring