Ağıl – ürək
Bu ölkədə nə qədərşəhid qəbri var, Allah!Bu millət ağrılarınəlindən haşa çəkir.Haqqımı almaq üçündöyüşməliyəm deyib,Qəzəbin qılıncınıhər axşam daşa çəkir.
Tamah – sonu görünməzmağaraymış, kahaymış,Nəfsimiz özümüzüyeyən bir əjdahaymış.Mədəmiz bu Vətəndən,bu torpaqdan bahaymış,Qeyrətimiz qılınca,qarnımız aşa çəkir.Vətən yanır gözümünağında, qarasında,Məlhəm ola bilmirəmsızlayan yarasına.Qalmışam ürəyimləağlımın arasında,Ağıl barış istəyir,ürək savaşa çəkir.
2002, 8 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-agil-urek
Use ← → keys to move, R for a random poem
More by this author
Salam, ağ kəfənim, qara tabutum,Qara ağsız olmaz, ağ da qarasız.
Sabahın dilində danışDilsiz bu dünyanın heç nəyi yoxdu,Ümid ol, sabahın dilində danış.
Yazmaq olmur, əzizimDəniz dəli, çay havalı, su qanlı,Üzmək olmur, üzmək olmur, əzizim.
Dədə barışdırar, gədə küsdürərHaqq üçünbaşını verər cəllada,