Məmməd aslana
Məni gəncliyimə qaytardın yenə,Çağladı sinəmdə şəlalə, Məmməd.Lalə çölüdümü, qan gölüdümü,Hardandı bu qədər bu lalə, Məmməd?
Güllər — əmizdirən, arılar — əmən,Yağış — çimizdirən, qayalar — çimən.Tanrı sovqatıdı hər yaşıl çəmən,Hər çiçək nur dolu piyalə, Məmməd.
Lalə — bağrımızın qızaran yağı,Torpaq — sinəmizin çal-çarpaz dağı.Sən çəkən azarı, mən çəkən dağı,Nə Kərəm daşıyıb, nə Lələ, Məmməd.
Başda bir ağrıdı, canda bir qada,Yurdundan olmasın heç kəs dünyada.İtən dağlarımı gətirdin yada,Qopdu içərimdə bir nalə, Məmməd.
Hələ Qarabağın açılmaz yazı,Qaradı qismətə yazılan yazı.Gedək Dəlidağda çalaq bu sazı,Verək Kəlbəcərlə əl-ələ, Məmməd.
Ahımdan dağların nəm daşı yandı,Dərd daşı alışdı, qəm daşı yandı.Zəlimxan onsuz da qəm daşıyandı,Dərdinlə gəl onu şələlə, Məmməd.2004, fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-memmed-aslana-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Üçüncü qardaş söylənciÜç Ay keçdi, yoxa çıxdı Eldəbir,İş götürdün sona çatdır işini.
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.