Topxana düşməndə, gorxana məndə,Axsın gözlərimdən qanlı yaş gərək.Daşaltı düşmənin baş altındadı,Yağsın başımıza göydən daş gərək.

Gözümdəki nurdu, qəlbimdəki səs,Udduğum havadı, çəkdiyim nəfəs.Yurd-yuva itirməz ağlı olan kəs,Torpaq titirənin ağlı çaş gərək.

Alın düyünlənib, çatılırsa qaş,Batırsa xəzinə, itirsə yaddaş,Məndən oğul-uşaq istəmə, qardaş,Mənə oğul deyil, vətəndaş gərək.

2004, may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland