Gözə dayaq, ruha bayraq,Haqqa silahdı şairlər.Qaranlıqdan aydınlığaÇıxan sabahdı şairlər.

Ruhu kövrək, qəlbi zərif,Ariflərdən qat-qat arif.Cahanşah, Xətai, Vaqif,Vəzirdi, şahdı şairlər.

Baxışlara enəndə çən,Dərd olanda dağlara tən,Bir millətin sinəsindənYüksələn ahdı şairlər.

Özü ulu, sözü baha,Ona ölüm yoxdu daha.Ağır gəlməsin Allaha,Yarımallahdı şairlər.

2003, 23 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love