Qayanın altında yaşıl tülə bax,Qayanın döşündə açan gülə bax!Görüb bu istəyi, bu qohumluğuDöyünən, çırpınan bir könülə bax!Başında oynaşan borana baxmaz,Kökünü tərpədən tufana baxmaz!Qayalar həmişə sərt olur, könül,Çiçək var yaşayır kəpənək ömrü,Köntöy bir baxışdan pərt olur, könül.Qaya ömrü hara, gül ömrü hara,Bəs bu yaxınlığın mənası nədir?Sevməyə çağırır təbiət bizi,Oğullar qızları qoruyan kimi,Sərtlik zərifliyin keşiyindədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring