Arzularım, toxuma dön,Torpağa düş, göyər bu gün!Dilə gəlməz daşlar beləGöy mamırı paltar bilibÖz əyninə geyər bu gün!Qızıl Günəş, təmiz havaÖz sözünü deyər bu gün!Bülbül bağda mənəm deyib,Cəhcəhimlə şənəm deyib,Nəğməsini öyər bu gün!Yeri, göyü qucmağa da,Qanad açıb uçmağa da,Dəyər, könül, dəyər bu gün!Arzularım, toxuma dön,Torpağa düş,Göyər,göyər,göyər bu gün!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets