Daşaltı
Uçqun gördüm, heyrətimdən uçundum,Məzar saydım uçurumu bu yerdə.Lovğalanıb heç saymırdım dağları,Yaman açdı puçurumu bu yerdə.
Boz dumanlar oyur-oyur oynadı,Qara yellər gülmək güldü, nə güldü.Sel apardı ayağımın altını,Başım üstə şimşək güldü, nə güldü.
Daş əlimi dilim-dilim eylədi,Yıxılanda sıldırımdan yapışdım.Sağ əlimi dayaq verdim dağlara,Sol əlimlə ildırımdan yapışdım.
Çınqıllarda parçalandı heyrətim,Gözlərimi dərə çəkdi bu yerdə.Elə bildim dağ tərpəndi yerindən,Daşaltı bir nərə çəkdi bu yerdə.
Baxıb dedi: inad sənsən, yoxsa mən,Sərt qayalar inadımı saymadı.Havalanıb qartal olmaq istədim,Qarlı zirvə qanadımı saymadı.
İndi bildim nə deməkdir ucalmaq,Nələr çəkib zirvələrə çıxanlar.Neçə dəfə yıxılarmış, durarmış,Şöhrətiylə dağ şöhrəti yıxanlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dasalti
Use ← → keys to move, R for a random poem
More by this author
Nahaq yerə uzaq yollar yormadım,Nahaq yerə səni sudan, havadan,
Mövlana işığındaBu nə sınaq, nə yoxlama,nə imtahan qapısıdır,
İçdən-içə gedən yolÇəkildi xəlvətə ayım, günəşim,Qırx gün, qırx gecəlik çilə çəkdilər.
İki canda bir ürəkŞəms gəlib bu yerə ayaq basandan,Ustad əriyirdi eşqin içində.
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,