Ana torpaq, açılanda baharın,Bürünürsən yaşıla sən, göyə sən.Ucalırıq dağlarına baxandaKönlümüzü qaldırırsan göyə sən.Tütək səsi daşları da dindirir,Qarışırsan nəğməyə sən, neyə sən.Payız gəldi bir qaydadı, sən gərəkAğacların budağını əyəsən.Bağ-bostanın mürgüləyə, sozala,Yetişəsən, qızarasan, dəyəsən.Səxavət də, məhəbbət də səndədir,Hər fəsildə bir sərvətə yiyəsən.Baharda da, payızda da, qışda da,Səni görüm toy paltarı geyəsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring