Göylərin bəxtəvər çağı,Ulduz ulduzu çağırır.Elə bil ki, gecə vaxtı,Hər oğlan bir ulduz olub,Sevdiyi qızı çağırır.

Dağa çıxsaq, külək bizim,Düzə ensək, çiçək bizim.Gözəllər ulduz topası,İçində bir mələk bizim.Hara getsək, harda olsaq,Sevənlər bizi çağırır.

Bir ulduz da mənimkidir,Göylər mənə açıb yaxa.Ulduzları düşünürəm,Ulduzlara baxa-baxa.

2001, 5 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love