Ey gözəl, qədrini niyə bilmədim,Deməli, aramız belə dəyərmiş.Üzülüb əllərim sənin əlindən,Özgə bir yanağa, ələ dəyərmiş.

Neyləsin iradə, neyləsin dözüm,Günahkar bu yerdə özüməm, özüm.Baxdım çəmənliyə, aldandı gözüm,Rəngin min çiçəyə, gülə dəyərmiş.

Daşlara dağıldı harayım, ünüm,Bir də qovuşmağa yoxdu mümkünüm.Sən demə, səninlə bir keçən günümAnlayan yanında ilə dəyərmiş.

1973, 15 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets