Ad ilhamdı, ad kitab,ad əsərdi, ad yazı,Ruhuma nemət verər,yazı daddı, dad yazı.Qəlbimizə qovulmaz,ruhumuza yad yazı,Əriyəcək qar kimi,saxta şöhrət, saxta var,Yarat, qardaşım, yarat,nə var, yaratmaqda var.

Şairi addımbaşısevinc atar, qəm izlər,Kirpiyini göz yaşı,yanağını nəm izlər.Dünyanın çirkabınışair sözü təmizlər,Eşqimiz bir dənizdi,ömür gəmi, vaxt avar,Yarat, qardaşım, yarat,nə var, yaratmaqda var.

İçi boş şöhrətləriyel götürər aradan,Zaman verər qiyməti,seçər ağı, qaradan.Tanrının bir adı daYaradandı, Yaradan.

Demə ki, yaradaram,demə, hələ vaxta var,Yarat, qardaşım, yarat,nə var, yaratmaqda var.

Gec olacaq düşünmək,ruh bədəndən uçanda,Varaq səndən soyuyub,sən varaqdan qaçanda.Gec olacaq qapınıölüm gəlib açanda,Göz açıb görəcəksənbədənində bez, kəfən,Tabutunda taxta var,Yarat, qardaşım yarat,nə var, yaratmaqda var.

Allah dözər şairinhər nazına, ərkinə,Bir sevgiylə cavab ver,hər nifrətə, hər kinə.Gör bir nələr yaratdı,güc ver haqqın dərkinə.Qış səni qorxutmasın,demə, yolda şaxta var,Yarat, qardaşım, yarat,nə var, yaratmaqda var.

2002, 3 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets