Badalaqmış
Bir qızılbalığa atdılar toru,Balıq nə bilsin ki, tor badalaqmış.Od olub insanı yandırmaq üçünKül altda gizlənən qor badalaqmış.
Fikrim gecə-gündüz nəğmədə, səsdə,Gah zildə dil açdım, gah da ki, pəsdə.Xalqı ovudanda muğam, şikəstə,Mənimçün oxunan xor badalaqmış.
Sirrini, sözünü açma heç kəsə,Dərdi yaman dillər salacaq səsə.Yalandı, xəyanət ölmüşəm desə,Onun uydurduğu gor badalaqmış.
2006, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-badalaqmis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir səhər,kəndə yayıldı acı bir xəbər:
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,