Dodaqdəyməz təcnis
Dağların laləsi yanağındadı,Qarı xəcil eylər yar, ağın sənin.Çıxanda asta çıx el arasına,Nahaq qan axıdar yarağın sənin.
Sinəsini əlli yerdən yarsalar,Çətin yarı nəzərindən yar salar.Yenə səni yada salsa, yar salar,Qeyrisi qaraldar yar ağın sənin.
Əgər istəsən ki, alasan canı,Çətinlik nə gərək, al asan canı.Zəhərli iynədi, ala sancanı,Aşiqə şəkərdi, yar, ağın sənin.
1972, 22 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dodaqdeymez-tecnis-3
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Nəqşi aləmidir keçmişəm dilü candanNəqşi aləmidir keçmişəm dilü candan,Yəqin elur ki, Bana bən bu yolda qətl oluram!
Xoş gəlmisənBu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.