Olaydı
Yıxılıb qalaydım bir dağ döşündə,Bir damda tüstülü bacam olaydı.Dərəydim lilparı çeşmə başında,Suyunu içməyə bir cam olaydı.
İtib getməyəydi o haqqı-saylar,Qat-qat açılaydı içimdə laylar.Gümüş sətirlərim, gümüşü çaylar,Bulaqlar qafiyəm, hecam olaydı.
Qartək əriyəydi qəzəbim, kinim,Nə adım olaydı, nə rütbəm, çinim.Həqiqət Allahım, şeiriyyət dinim,Təbiət ustadım, xocam olaydı.
2001, 8 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olaydi-2
Use ← → keys to move, R for a random poem