Bizə gedək, söhbət edək,Özgə yer arama, gözəl.Hər sözünü üzümə de,Danışma qarama, gözəl.Halaldan istə mətləbi,Əl vurma harama, gözəl.Nə olsun rəngim qaradır,Gəl gülmə qarama, gözəl.

Göy çəməndə ömür sürək,Çiçək olsan, arın olum.Dünya varı lazım deyil,Təkcə sənin yarın olum.Sənsiz açılmaz baharım,Sarımaz barama, gözəl.

Sözlərinə heyran olum,Danış, dilin lal olmasın.Dodaqların olan yerdəOlmur, heç də bal olmasın.Zəlimxanı çox incitmə,Dərd ürəkdə xal olmasın.Bircə kəlmə acı sözünDuz səpər yarama, gözəl.

1972, 24 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring