Güldürər üzünü yar, yar olanda
Güldürər üzünü yar, yar olanda,Dili şəkər eylər, sözü qənd eylər.İncisən, könlünü almaq eşqinəQara saçlarını bir kəmənd eylər.
Ürək öz gücünü sevgidən ala,Döndərər ömrünü şərbətə, bala.Məhəbbət bir evi qoymaz tək qala,Neçə şəhər eylər, neçə kənd eylər.
1974, 17 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-guldurer-uzunu-yar-yar-olanda
Use ← → keys to move, R for a random poem