Gözümüzün qabağında
Gözümüzün qabağındayarpaqlayır budaqlar,çiçəkləyir budaqlar.
Gözümüzün qabağındauşaqlığa həmişəlikvida edir uşaqlar.
Oğlanların bığ yerindənpuçur-puçur tər axır.Ürəyini onlarınotaq sıxır, ev sıxır...Köynəkləri qabarırgündən-günə qızlarınatəşli nar qönçəsitək,butasıtək baharın.
Düyməsinə çırtma dəysə,əl toxunsa, o saatpardaxlanıb açılar,məstedici, bihuşdarırayihələr saçılar.Bir məhlədə, bir həyətdəaxşamacan “evcik-evcik”,“siçan-pişik” oynayan,gah qol-boyun, gah əl-ələhalay gələn,deyib-gülənqız-oğlanbu gün şirin duyğularlabir-birindən ayrılır,hissin, fikrin ümmanındaöz-özüylə tək qalır.
Qoşalardan biri dünənoynayırdı “gizlənpaç” –qaranlıqda tapışdılar.
Bir hiss dedi qıza:– Qaç!Oğlanlardan uzaq dolan,indən belə kənar gəz!Yoxsa səni alovundayandıracaq o nəfəs...
Başqa dəstə çağırırdı:“ – Bənövşəyəm, bənövşə!
– Bizdən sizə kim düşə!– Nərgiz! Nərgiz! Ancaq Nərgiz!”
Qız qızardı: “Dəlidir bu,salır məni dilə-dişə?Xoruz kimi hey banlayır,qalınlaşan səsinə bax...”
Gülüşdülər.Qız ayrılıbevə qaçdı ağlayaraq...Gözümüzün qabağındaayrılırlar,ayrılırlar –bir-birinə yazıq-yazıq,həsrət-həsrət baxa-baxa.Ayrılırlar, ilk vüsalahəmişəlik qovuşmağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-gozumuzun-qabaginda
Use ← → keys to move, R for a random poem