Bu gün bir sehirlə durdum üz-üzə –Qönçəsi çırtlayan adi çiçəkdi.Çatmış olsaydı da ömrüm lap yüzəOnu danışdırıb dindirəcəkdim.

Möcüzə əsrinin möcüzəsitəkZühur eyləmişdi ilk məhəbbətim.O vaxt anasından yediyim kötək –Bu gün dadlı, şirin çubuq konfetim.

Odumu?! Başıma havamı gəlib –Görün nə günlərə qaldı axırım?!Halımı, tövrümü o, fəna bilibDedi: – Əmi, bəlkə həkim çağırım?

– Heç kəs lazım deyil, qulaq as mənə,Əyləş, qoy danışım bir nağıl sənə:“Bir oğlan var idi, bir qız var idi...Birisi sən idin... o biri indiBilmirəm, bilmirəm harada qalıb?Ömrümdən ayrılıb yarıda qalıb.

Mənim ceyran qovan o cavanlığım –Sənin həmyaşın,Sənin sirdaşın –Onun gözlərilə qoy sənə baxım.

Tutub əllərindən gəncliyimi kaş,Gətirib səninlə tanış edəydim.Artıq adam kimi özümsə birbaşSizi ikilikdə qoyub gedəydim...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets