Telefonda söhbət
Telefon dəstəyini götürdü oğlan,Nömrəni yığdıqca əlləri əsdi.Qızın anasından qorxurdu yaman,Səsini eşidib aranı kəsdi...Onu təntitmişdi dünənki söhbət:
– Əziyyət olsa da sizə, ay xala,Deyin, telefona gəlsin Məlahət...– Sən kimsən, nəçisən, axı, ay bala?– Bir allah bəndəsi... tanımazsınız...– Eləysə xoş getdin!– Rica edirəm...– Evdə yoxdu qız!– Xalacan...
Titrədi oğlanın səsi.Od tutub alışdı ana nəfəsi,Çevrilib qızına hiddətlə baxdı,Hirsləndi dəstəkdə çəkilən aha,Elə bil otaqda bir şimşək çaxdı:– Zəng çalma buraya, – dedi, – bir daha!
“Zəng çalma!” Bəs niyə yenə o cavanYığdı qorxa-qorxa tanış nömrəni?Düşündü: “Eyb etməz, gələr bir zamanYaxından tanıyıb əzizlər məni;Cavabı belə də olaydı gərək,Axı, o neyləsin anadır, ana.Kaş onun qızı da bir gün özütəkBelə göz olaydı öz övladına”.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-telefonda-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
Açıb-bükür sahili gah xəzri, gah gilavar.Onun iki romanı –
Köçəri quşİsti karıxdırdı, çıxdıq şəhərdən,Ucqar dağ kəndində tapdıq əlacı.
BurdadırQarabağ! Durnalı – ceyranlı çöllər,Qarabağ! Bülbüllü – qumrulu dillər,
Artıq adamBu gün bir sehirlə durdum üz-üzə –Qönçəsi çırtlayan adi çiçəkdi.
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,