Ağacların içindəən çox palıdı sevdim,Vaxta meydan oxuyanqətiyyətinə görə.Qorxusu yox, pəki yoxşimşəkdən, ildırımdan,Sevdim şax duruşuna,şux qamətinə görə.

Hər barmağın vurduğubir şirin xalı sevdim.Yeddi rəngin içindəyaşılı, alı sevdim.Saysız quşlar içindəən çox qartalı sevdim,Hücum vaxtı yenilməzcəsarətinə görə.

Hər əvvəlin sonu var,gec günlər tez olacaq.Hər küləyə yem olanayaqda toz olacaq.Ağdısa ağ qalacaq,bozdusa boz olacaq.Qayaları sevmişəmbir sifətinə görə.

Nəyə baxdımsa, ondamüqəddəs nuru gördüm,Düzdə bir böyüklüyü,dağda qüruru gördüm,Həmişə təmiz, aydın,saf gördüm, duru gördüm,Təbiətə vurğunamtəbiətinə görə.2001, 20 yanvar Altıağac

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets