Baş Yastığa gələndə
Səs qınına çəkilər,Otaqda sükut gəzər.Gələr, gedər, çəkilər,Baxışda bulud gəzər.Xəstənin ürəyində,Dəli bir umud gəzər,Baş yastığa gələndə.
Damaqda dada gəlməz,Alma, heyva, nar payı.Gözlərinə görünməz,Dost sovqatı, yar payı.Əfdahaya çevrilər,Yorğan-döşək, çarpayı,Baş yastığa gələndə.
Damcıilar təsbeh kimi,Kirpiklərə düzülər.Durar göz qapaqları,Gözlər axar, süzülər.Əl göydən, göz tavandan,Ayaq yerdən üzülər,Baş yastığa gələndə.
Qaçaq düşər sevincin,Qol açarsan dərdə sən.Tanıyarsan ölümü,Alnındakı tərdə sən.Həmsöhbət olarsınız,Göydə Allah, yerdə sən,Baş yastığa gələndə.
Ağı deyən analar,Ağısını hazırlar.Fələk Əzrayıl adlı,Yağısını hazırlar.Möhür basan, qol çəkən,Kağızını hazırlar,Baş yastığa gələndə.
Mələklər qanadındaTanrı kəlamı gələr.Bəndənin hüzurunaHaqqın salamı gələr.Əcəlin vahiməsi,Ölümün tamı gələr,Baş yastığa gələndə.
2006, 9 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bas-yastiga-gelende
Use ← → keys to move, R for a random poem
More by this author
Şair olan öz ömrünü yaşamır,Dərdin, qəmin bol ömrünü yaşayır.
DoğulduQadın ağrı çəkdi, anaya döndü,Köksündə müqəddəs dilək doğuldu.
Şeytana uzağam, Allaha yaxınMənim içərimdə od var, haray var,Gündüzlər Günəş var, gecələr Ay var.
İman gətirinQəlbinin nurudu hər odlu baxış,Gözünün yaşıdı hər yağan yağış.
Poems by other poets
Səd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
الامر فی نفاذ والملک فی قراروالعید قد تجلی من غرة النهار