Şeytana uzağam, Allaha yaxın
Mənim içərimdə od var, haray var,Gündüzlər Günəş var, gecələr Ay var.Qanımda çağlayan, qanımda axan,Damara sığmayan bir dəli çay var.Xəbislik, xəyanət, şər-böhtan, tamah,Gündə bir iftira, gündə bir günahGəlsə də üstümə hey axın-axın,Şeytana uzağam, Allaha yaxın!
Yaxınlar, doğmalar, yadlar, əzizlər,Könlü havalılar, eşqi dənizlər,Paşalar, ağalar, qullar, kənizlər,Baxın, gözlərimin içinə baxın,Gün kimi aydınca görəcəksiniz,Şeytana uzağam, Allaha yaxın!
Vicdanı su kimi durular, gəlin,Çəmənlər, çiçəklər, arılar, gəlin.Sizsiz bir addım da ata bilmərəm,Köhlənim yollarda yorular, gəlin.Yığılın başıma paklar, halallar,Ruhuma süzülün, qəlbimə axın.Yeriniz yanımda yersiz görünməz,Şeytana uzağam, Allaha yaxın!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seytana-uzagam-allaha-yaxin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Rüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
BülbülXəzan gəldi, düşdü yenə soyuqlar,Dəli külək bağçalarda sayıqlar,
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı