Doğuldu
Qadın ağrı çəkdi, anaya döndü,Köksündə müqəddəs dilək doğuldu.Körpəsi, əzizi gəldi dünyaya,Beşik yırğalandı, bələk doğuldu.
Sevinci tapanda qəmi itirdi,Qəlbin istəyini Allah yetirdi.Torpaq ağrı çəkdi, palıd bitirdi,Baharın eşqindən çiçək doğuldu.
Ömür qovuşanda sevgi çağına,Qaldırdı sevəni Tanrı dağına.Qurd elə sarıldı tut yarpağına,Barama bətnindən ipək doğuldu.
Tufanlar qılıncı qoymadı qına,Dağlara qan yaxdı, daşlara xına.Dəniz qabaranda qopdu fırtınaBulud çaxnaşanda şimşək doğuldu.
İnsanda bu qüdrət hardandı, hardan,Sınaqdan, səbirdən, çətindən, dardan.Elə ki, cəsarət axdı damardan,Kişilik yarandı, məslək doğuldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-doguldu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Dün urub vaşilə bən xəstədili şad etdünDün urub vaşilə bən xəstədili şad etdün,Yaxşı bardun ki, bozuq könlümü abad etdün.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Yenə sən oldunƏhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!