Quş quşluğuman bilirtutqunam, dumanlıyam,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.Bilir ki, daş atıblarqəlbimin aynasına,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.

O yuva o budağın,budaq quşun qisməti,Qurulan hər nə varsa,quruluşun qisməti.Bu nəğmələr ürəyin,ağlın, huşun qisməti,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.

Çən-dumanı başımdandağıdan meh — küləkdi,Ruhumun bağçasındatoxum saldı, gül əkdi.Bəlkə, quş libasındaxilaskar bir mələkdi,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.

Bir dünya var zilində,bir dünya var pəsində,Yerin, göyün, varlığıncilvəsi var səsində.Bəlkə, Allah göndərib,Davudun ləhcəsindəO quş mənim qəlbimiaçmaq üçün oxuyur.

Hər ürəyin içində ötənqumru var, qu var,Hər səsdə açan çiçək,dumduru axan su var.Məni də özü kimioxutmaq arzusu var,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.

2006, avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets