Hara baxsan daşdı, daş,qəbristanlıq daşları,Gedənlər bu daş kimilaxladılar getdilər.Ölənlər öldü getdi,qurtardı öz canını,Dərdi-qəmi bizlərəsaxladılar getdilər.

Gülüşdən gülüstanı,gözyaşından dəryası,Gördülər, yaşadılarhər bayramı, hər yası.Hər insan övladınınbir toyu var, bir yası,Sevindilər, güldülər,ağladılar getdilər.

Ölüm varsa, nə fərqi,kim nədən öldü, nədən,Göylərə ucaldı ruh,torpaqda yatdı bədən.Dirilər qara geydi,ölülərsə ağ kəfən,Gedəni ağa bükübağladılar getdilər.

Yerə-göyə sığmadıişvələri, nazları,Aşıq olan kəslərindil-dil ötdü sazları.İgid-igid oğullargözəl-gözəl qızlarıİylədilər, dərdilər,qoxladılar getdilər.

Dərman tapan oldumudərdinə, azarına,Ümid varmı dünyanınbehinə, bazarına.Saraylardan çəkildihər kəs öz məzarına,Əbədi yuxu tapıbyuxuladılar getdilər.

2006, avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death

Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirza Ali Mojuz6 min
من آن مردم که پیش از مرگ مردم

تن خود را به گورستان سپردم

NasimiAddendum 251 min
Gedirsən

Mal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən

Karam1 min
Ölməkmi, yaşamaqmı?

Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.

Almas Ildyrym1 min