Dəlidağ bu axşam mənsiz bir dəli
Yurd yeri çevrilər dərd yerimizə,Cavanı seyrələr, qocası qalmaz.Asılmaz qazanı, yanmaz ocağı,Tüstüsü çəkilər, bacası qalmaz.
Burda qəm əbədi, sevinc ömürsüz,Qalar ocaq yeri közsüz-kömürsüz.Gündüzü ötüşər səssiz-səmirsiz,Gecəyə bənzəyən gecəsi qalmaz.
Yollara baxmaqdan küsər baxışı,Yağmaz vədəsində qarı, yağışı.Solar gözəlliyi, gedər naxışı,İtər qafiyəsi, hecası qalmaz.
Dəlidağ bu axşam mənsiz bir dəli,Səhrada can verir dağsız dağ kəli.Torpaqdan qopanda insanın əli,Alçağı çoxalar, ucası qalmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-delidag-bu-axsam-mensiz-bir-deli
Use ← → keys to move, R for a random poem
More by this author
Adını soruşub, hardadır demə,Yurdun hər dağında Məmməd Araz var.
Xəlil Rzaya ağı1994-cü il iyunun 23-ü günü Xəlil Rzanı*Fəxri xiyabanda torpağa tapşırdıq. Bütün günü öz-özümə*
HabilYandıra-yandıra yaşadır ömrü,Ümiddi, şübhədi, gümandı Habil.
Nə təmiz yaradıbƏsil insan, gözəl alim, ağsaqqalım,*qayğıkeşim, xeyirxahım Camal Mustafayevə*
Poems by other poets · Homeland
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
GəlinEy süzgün gözləri səhər yıldızı,Pərişan telləri yasəmən gəlin!
Gül dəmətiTəbrizin bağlarından,Dərmişəm ətək-ətək.
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.