Gedəsidi
Ah çəksəm, canımdan tüstü qalxacaq,Ağlasam, gözümdən yaş gedəsidi.Sellərə döndüsə gözümün yaşı,Önündə dağ uçub, daş gedəsidi.
Ruh kimi ucadı Haqqa baş əyən,Şeytandı ürəyin xətrinə dəyən.Dünyaya ürəyi dolu gəlməyən,Dünyadan ürəyi boş gedəsidi.
Bu dünya həmişə qan-yaş meydanı,Vuruşma, çarpışma, savaş meydanı.Əlindən verdinsə bu baş meydanı,Bədənin üstündən baş gedəsidi.
2006, may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gedesidi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Gəl ey bülbül, bahar keçdi
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Hüsnünə heyran durur hurü mələkHüsnünə heyran durur hurü mələk,Eşqinə sərgəştədir daim fələk.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
YoxumuşXaraba qalasan, Tiflis şəhəri,Heç səndə oynayıb-gülən yoxumuş.