Zurnaçı, yorma özünü
O ki Allah isitmədi,İsitməz bir yuva məni.Sevinc qaçır, mən qaçıram,Salıb qovhaqova məni.
Keçir sağıma, soluma,Zəncir bağlayır qoluma.Daş töküb hamar yoluma,Qana çəkir dava məni.
Mən sərgərdan, baxt avara,İnanmaram baxta, vara.Palçıq kimi yax divara,Daşlar üstə suva məni.
Müsibət deyib sözünü,Yumub bəxtimin gözünü.Zurnaçı, yorma özünüOynatmaz bu hava məni.
2000, 5 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-zurnaci-yorma-ozunu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,