İlk qanı Qabil töküb,İlk günah Adəmindi,O günah da, o qan da,Hər gün doğdu, törədi,Dünya həmin, həmindi.Nə qədər gizləsək də,Allahsız işimizdənAllah özü əmindi.Bu günahlar içindəSevinc ola bilərmi?Nə qədər ömrümüz var,Həsrətindi, qəmindi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love