Təmənnalı dünya
Təmənnalar, təmənnalar,Qəlbiniz boş, içiniz dar.Dartın, yığın harda nə var,Siz varsınız, mənasızdıBu qədər mənalı dünya,Ah bu təmənnalı dünya.
Gülü yoxdu, dərən ola,Xan taxtına sərən ola.Çətin ona indən belə,Gəlib üz göstərən ola.Atırsan keçə yerinə,Köhnələndə xalı dünya,Ah bu təmənnalı dünya.
Demirsən qızıl yallıydı,Demirsən ifçin nallıydı.Yerlə, göylə əlləşərdi,Göylər qədər xəyallıydı.Köhlən at qocalan kimi,Sökdürürsən nalı, dünya,Ah bu təmənnalı dünya.
Ağrı nədir, azar nədir,Ürək hardadı, bilmirdim.Ciyər necə nəfəs alır,Böyrək hardadı, bilmirdim.Taleyimə, qismətimə,Duzaq harda qurulacaq,Kələk hardadı bilmirdim.Məndən ötrü təbiətinZəhər oldu balı, dünya.Ah bu təmənnasız ömrüm,Ah bu təmənnalı dünyal
Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-temennali-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
Gülüm, qaratikan bitdi,İki gülün arasında.
OlduMən də bir zamanlar sevdim, sevildim,Gözəl sünbül bitdi, gözəl dən oldu.
Sonradan ağlama Zəlimxan üçünYanımda sən varsan, üstümdə Allah,Xətrimə dəyməsən, O, dəyən deyil.
İçim başdan-başa səhra qumlarıSevincin yolunu tapa bilmirəm,Dərdin kökü məndə, pöhrəsi məndə.
Poems by other poets
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Dünyaya min il sonra gələnlərDünyaya min il sonra gələnlərMin möcüzə icad edəcəkdir.
Yar aşiqi həsrət çəkərYar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm