Sonradan ağlama Zəlimxan üçün
Yanımda sən varsan, üstümdə Allah,Xətrimə dəyməsən, O, dəyən deyil.Mənim bu ilahi azadlığıma,Sən bir söz deməsən, O, deyən deyil.
Şirinsən şöhrətdən, ucasan addan,Zərif gülüşlərin çıxarmı yaddan?Sevirəm, qorxum yox alovdan, oddan,Su məni yandıran, od əyən deyil.
Cəllad günahkardı axan qan üçün,Ev tikmək çətindi, ev yıxan üçün.Sonradan ağlama Zəlimxan üçün,Yüz fikir bir borcu ödəyən deyil.
2000, 11 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sonradan-aglama-zelimxan-ucun
Use ← → keys to move, R for a random poem
More by this author
Sarayı daşıyıb, damı çəkəmmir,Yanmışı, bişmişi, xamı çəkəmmir,
Şairin sözüFərman padşahındı, dağlar bizimdi.*Dadaloğlu*
Azər Turana təsəlli25 yaşında həyatdan gedən gənc alim, idrak və*təfəkkür sahibi, hər söhbətində məni heyrətləndirən*
Ağsaqqal ağısıBöyük ziyalımız, ağsaqqal alimimiz, müdrik dostum*İmam verdi Əbilovun əziz və istəkli nəvəsi Əbil Əbilovun*
Poems by other poets · Divine love
Allah bu zalım divanıYıxıb bir dəyişərmi ola?
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
La'ali-Manzuma, chapter 44در بزم دنی که جز خدای تو نبودنامی ز وجود ما سوای تو نبود