Azər Turana təsəlli
25 yaşında həyatdan gedən gənc alim, idrak vətəfəkkür sahibi, hər söhbətində məni heyrətləndirənƏbil Əbilovun vaxtsız ölümünə, unudulmaz xatirəsinə
Onun ürəyinə, onun qəlbinə,Əcəlin qılıncı tez dəydi, Azər.Dərdin əllərində dağlandı sinə,Ona nəzər dəydi, göz dəydi, Azər.
Getməz qulağımdan mehriban səsi,Sənin qardaşoğlun, mənim balamdı.İyirmi beş yaşında ruh sərkərdəsi,Yıxılan dağımdı, uçan qalamdı.
Mən onu görəndə dilində Allah,Əlində müqəddəs Quran görmüşəm.Nurlu gözlərində ən uca dərgah,İşıqlı qəlbində Turan görmüşəm.
Yazmaq istəyirəm, əlim bürüşür,Tale niyə belə tərs yazı yazdı.Müşfiqlə Cabbarlı yadıma düşür,O boyda istedad çox yaşamazdı.
Baban Azərbaycan ağsaqqalıdı,Belini sındırdın, qəddini əydin,Onu ki hamıdan çox istəyirdin,Bəs niyə sən onun xətrinə dəydin.
Nöqtəsi qoyuldu, demək, bu ömrün,Göz yaşı oldusa göl, Əbil balam,Dəyməmiş töküldü meyvə budaqdan,Nə yaman tez əsdi yel, Əbil balam.
Gördüyün işləri savab gözləyir,Tarix suallara cavab gözləyir,Səndən təzə-təzə kitab gözləyir,Böyük Çöl dediyin çöl, Əbil balam.
İpəyim, mələyim, təmizim, xasım,Mələk itirmişəm, ağırdı yasım,Gəl səni təzədən bağrıma basım,Özün aç qolunu, gəl, Əbil balam.
Qayıqdır çevrilən, gəmidir batan,Dağlara dağ çəkir torpaqda yatan,Tünzalə anandı, Etibar atan,Dərdini onlarla böl, Əbil balam.
2010, 5 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-azer-turana-teselli
Use ← → keys to move, R for a random poem
More by this author
Dağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.
Heç kim öz yükünü tək çəkə bilmirSevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.
Mənlə qəbrə gedən sirrBaxtımız haraydı, ündü,Ən ağlamalı gündü,
İldırımŞimşək elə çaxdı, deyirsən bu anYer göyün odunda bişəcək indi.
Poems by other poets
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən