Fərman padşahındı, dağlar bizimdi.Dadaloğlu

Bir söz sultanını dara çəkdilər,Əfşar ellərindən qopdu bu səda.Şairi nə qədər endirsələr də,Sözdən yuxarıda nə var dünyada.

Dahi zamanları nura bələdi,Qaldı damaqlarda “Xəmsə”nin dadı.Min şah bir ölkədə şahlıq eylədi,Bir şair şöhrəti qazanammadı.

Şairi axtarar şairin gözü,Dar gündə harayla, çağır – gələcək.Bütün zamanlarda şairin sözü,Şaha fərmanından ağır gələcək.

2010, 12 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise