Dünyaya min il sonra gələnlərMin möcüzə icad edəcəkdir.

Ulduzları gəzdikcə gülənlərÇağdaşlarını şad edəcəkdir.

Bir milləti bir sədlə bölənlərÖz yurdunu bərbad edəcəkdir.

İşgəncəni əyləncə bilənlərBayquş kimi fəryad edəcəkdir.

Zülmün kökünü yerdə silənlərMəzlumları azad edəcəkdir.

İnsanlığın uğrunda ölənlərViranlığı abad edəcəkdir.

Keçmişləri andıqca ərənlərBir gün bizi də yad edəcəkdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland