Yumurta «döyüşü»
Dişinə vurub yumurta əmin ol sığortasından,Bu gün iqtidar müxalif bilinər yumurtasından.
Saqa çəkmə xeyri yoxdur, sola əymə xeyri yoxdur,Ona iqtidar deyərlər, vuracaq düz ortasından.
Döyülən odur, döyən bu, güdülən odur, güdən bu,Sarısın udub dünən bu, keçinib aortasından.
Oturub cəhənnəmində, əriyən qırın dəmində,Düşünür kasıb-kusubdan necə qan sovurmasından.
Ürəyin sevindirəydin, əl-əlüstə göndərəydinCiyəri vərəmlər üçün, ciyərin qovurmasından.
Ac olub yatan toyuqlar, oyanın çıxıb soyuqlar,Vəkilin yumurta uddu yeginən çığırtmasından.
Özü burda qurdu orda, qurub orda durdu burda,Niyə qurdu yurdu burda, bezib orda-burdasından.
O günün qiyamətində, edəcək qiyamı Pünhan,Gecənin bir aləmində doğacaq günortasından.
17 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-yumurta-doyusu
Use ← → keys to move, R for a random poem
More by this author
Bu Vətənimin günü belədir, uzunu qısa eni belədir,Ata-babamın geni belədir gora desələr gora gedirik.
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Meydan belə dirçəldiRuh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Ayrapalan şəklindəDəyişir dövr zaman içrə yaman şəklində,Görürük indi badımcanı banan şəklində.
Poems by other poets · Homeland
Respublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
ما را هدف تیر بلا کرد فلکبا محنت و درد مبتلا کرد فلک
AnaDemirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.