Özünü pis elə mənim yanımda
Özünü pis elə mənim yanımda,Gözümün içinə həqiqəti de.Bir damla xəbislik varsa qanımda,Sən ona dünyanın xəyanəti de.
Tərifi söyləmək asandan asan,Tənqidi söyləmək çətindən çətin.Gərək həqiqətə yiyə durasan,Saflıqdan su içə arzun, niyyətin.
Örtülü bazarda təhlükələr var,Gizləmə bir damla nöqsanımı da.Yalanla ömrümü uzatmasınlar,Doğruyla alsınlar lap canımı da.
Doğruluq insanın başının tacı,Eybimi üzə de, susma lal kimi.Həqiqət olsa da acıdan acı,Yeməyə hazıram onu bal kimi.
Görsən tərs işimi, tərs yerişimi,Saxlama əlini tərs şapalaqdan,Durum cəzalanmış bir uşaq kimi,Qoy, bir dərs götürüm, dərs, şapalaqdan.
Sehrli güzgüm ol, sənə baxanda,İçim də görünsün, çölüm də, qardaş.Görüm ölmək nədir, yaşamaq nədir,Nə var bu həyatda, ölümdə, qardaş.
Durulsun ürəyin, damarın qanı,Varsa günahlarım, dərk elə bilim.Yeraltı dünyaya səfər zamanı,Həyatı günahsız tərk elə bilim.
Beşikdən məzara, bayramdan yasa,Günah aparmayım, savab aparım.Suallar-sorğular harda başlasa,Ora sağ əməlli cavab aparım.
Gərəksiz olmasın bircə anım da,Niyyətim nə tərif, nə xoş qılıqda.Özünü pis elə mənim yanımda,Bu, mənə ən böyük bir yaxşılıqdı.
2000, 1 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ozunu-pis-ele-menim-yanimda
Use ← → keys to move, R for a random poem
More by this author
Eşqimi qəlbimdə saxlayammadım,Çiçəyə sirr açdım, çəmən eşitdi.
Sən bilərsənMən kim idim, neyləmişdim səndən ötrü,Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Zəlimxan dünyaya təzədən gələrKönül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.
Sevgi adlı şaha QurbanMən insanam – Allah mənim,Adəm mənim, Nuh mənimdi.
Poems by other poets
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
GetdiGeçə-gündüz qan ağlaram,Göz yaşım ümmana getdi.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,