Könül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.Dilindən nə çıxsa, məst eylər məni,Sanaram şərabdı, kuzədən gələr.

Sevgi çəmənində naxış olarsan,Ömrümə bir nurlu baxış olarsan,Səhrayam, qoynumda yağış olarsan,Söhbət sünbüllənər, sözə dən gələr.

Duman dağlarımı bürümüş olsa,Fələk dam-daşımı kürümüş olsa,Zəlimxan torpaqda çürümüş olsa,Dirilər, dünyaya təzədən gələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern