Mahmudəli Çöhrəqanlıya
Millətə can-can deyir,Zülmətə qan-qan deyir.Qalx, Azərbaycan! – deyir,Üz qanlı, çöhrə qanlı.
Düşmən qansız, yağı qan,Qızardıbdı dağı qan.Ayranı qan, yağı qan,Çalxanır nehrə qanlı.
Min bir parçadı ürək,Qandı yeyilən çörək.Qılınc, yaba, bel, kürək,Balta qan, dəhrə qanlı.
Yurda odlar ələndi,Yerlə göy silkələndi.Bələk qanla bələndi,Kök qanlı, pöhrə qanlı.
Ağız açdıq hər yada,Baxan yoxdu fəryada.Tahir batdı dəryada,Yaş tökür Zöhrə qanlı.
Sus, Türk, – deyir, – sus, Turan,Susmaq bilmir susduran.Qan qussun qan qusduran,Baxsın bu sehrə qanlı.
Qardaşım Mahmudəli,Çoxdu qansoran zəli.Min ildi Məcnun dəli,Min ildi səhra qanlı.
Sevindirib yadını,Qaçırıblar dadını.Niyə sənin adını,Qoydular Çöhrəqanlı?!
2002, 26 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mahmudeli-cohreqanliya
Use ← → keys to move, R for a random poem
More by this author
İsa Hüseynova*Qalxıb yeddinci qata,
Tofiq Bayram dünyasıUstad şairimiz, unudulmaz könül dostum Tofiq Bayramın*böyük istedad sahibi olan oğlu Zakirin qəfil ölümü məni*
Ay Məmməd AslanÖlüb o yerlərdə qalam deyirdim,Kaş, onda öləydim, ay Məmməd Aslan.
Necə barışdırım küsənləri mən?Biri taleyindən, baxtından küsür,Biri zamanından, vaxtından küsür.
Poems by other poets
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,