Səadət Butaya
Müasir Azərbaycan poeziyasında, qadın şairlər arasındaşeirinin ahəngi, dərdinin rəngi ilə seçilən şairə bacımızdı SəadətButa!Yurd ağrısıdı, torpaq nisgilidi, Başkeçid həsrətidi, könülyanğısıdı, göz yaşlarıdı Səadət Buta poeziyası!Ər yükü daşıyan anadı, himindən yıxılmış binadı, dəstədənüzülmüş durnadı, gölündən ayrılmış sonadı, barmağa həsrətqalmış xınadı, həsrətdən toxunmuş xalıdı, kədərdən qurulmuşxanadı Səadət Butanın şeirləri!Kövrək bayatıdı, həzin oxşamadı, şirin layladı, toyumuzdanaxışdı, yasımızda ağıdı, dərddən danışa-danışa dərdimizidağıdır Səadət Butanın şeirləri!Mən onu həmişə sevmişəm gözəl bir şairə, istəkli bacı kimi,adını başımdan uca tutmuşam şahların qızılı tacı kimi, mənonu həmişə duymuşam ruhumun təsəllisi, ağrımın əlacı kimi,Borçalının harayına bir alışıb, bir yanmışıq gur ocağın sacıkimi, o məni həmişə ziyarət bilib, mən onu bağrıma basmışamMəkkədən gəlmiş bir hacı kimi, ikimiz də ucalmışıq duyğularınzirvəsinə, uğurludu yollarımız haqq elçisi Peyğəmbərinmüqəddəs meracı kimi!Şair Zəlimxan Yaqub şairə bacısı haqqında sözlə dediyinisazla deməsə, dili od tutub yanar. Aldı Zəlimxan Yaqub:
Gah yanar, gah sönər söz qovşağında,Oddadı, sudadı Səadət Buta.Qəm ilə qohumdu yaranışından,Dərd ilə qudadı Səadət Buta.
Ruhunu od kimi atıb şeirinə,Qovuşub ruhuna, çatıb şeirinə.Torpaqdan götürüb qatıb şeirinə,Bu tamı, bu dadı Səadət Buta.
Şeiri dan yeridi, yaz havasıdı,Gözəllik sərgisi, naz havasıdı.“Başkeçid” adında saz havasıdı,Daşıyır bu adı Səadət Buta.
Qıymadı mənliyi, vüqarı sına,Qeyrət qılıncını qoymadı qına.Atalıq eylədi dörd balasına,Anadı, atadı Səadət Buta.
Küskün bənövşədi, boynunu bükər,Şeirinə qul olub, dərdinə nökər.Dindirsən ağlayıb göz yaşı tökər,Dindirmə, xatadı Səadət Buta.
Eşqin güllərini yarımçıq dərib,Duruşu qəmgindi, baxışı qərib.Tanrı Borçalıya sovqat göndərib,Sevgidi, butadı Səadət Buta.
2001, 5 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seadet-butaya
Use ← → keys to move, R for a random poem